Adeledən pərəstişkarlarını məyus edən xəbər - bu səbəbdən KAR QALDI

Dünyaca məşhur müğənni Adele qismən kar olduğunu açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Adele yaşadığı qulaq infeksiyası nəticəsində eşitmə itkisi yaşadığını və "qismən eşitmə əngəlli" olduğunu bildirib.
Las Veqasda "Weekends With Adele" adlı şousunda çıxış edən 36 yaşlı müğənni nadir rast gəlinən bir su bakteriyasına yoluxduqdan sonra "doğumdan daha pis" ağrılar çəkdiyini deyib.
Adele "Qulaq infeksiyam var və olduqca qorxunc vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışdım. Başıma gələn ən ağrılı hadisədir" ifadələrini işlədib.
Müalicəsi çox çətindir deyən ulduz yanlış dərman müalicəsi səbəbindən çətin günlər keçirdiyini bildirib. "Qulağımı bir neçə dəfə kəsib atmaq istədim," deyən Adele ağrılarının sona çatdığını, lakin "Sol qulağım qismən kar qaldı," deyib.
Digər tərəfdən, yaxın zamanda albom çıxarmağı planlaşdırmadığını deyən ulduz "Yeni mahnı yazmaq kimi bir niyyətim yoxdur. Bu şoulardan sonra uzun bir fasilə verməyi planlaşdırıram," qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanlı rejissor müğənnini yeni filmində baş rola çəkəcək
Tanınmış kinorejissor Faiq Nağıyev azərbaycanlı müğənnini yeni filminə çəkəcək. BAKU.WS xəbər verir ki, ekran işində "Azəristar 2006" yarışmasının iştirakçısı N...
