SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Faiq Ağayev 6 aydır, pul qazanmır.

BAKU.WS xəbər verir ki, ifaçı "Fatehin divanı" proqramında pandemiya səbəbilə toyların qadağan edildiyindən sənət adamlarının maddi sıxıntı çəkdiyini bildirib:

"Ürəyim yanır, təkcə müğənni və musiqiçilər pulsuz qalmayıb; gül, paltar satışı ilə məşğul olanlar, restoranda çalışanlar, aşpazlar, ofisiantlar və kimlər... Hamısı bizim sahə ilə əlaqəsi olanlardır. Bu yaxınlarda eşitdim ki, Azərbaycan iqtisadiyyatındakı insanların 42 faizi toy biznesinə görə pul qazanır. Bilmirəm düzdür, ya yox. Lap düz olsa, 22 faiz. Dörd aydır, işləməyən sahədir.

Sonuncu dəfə toya yanvarda getmişəm. 6 aydır, pul üzü görmürəm. 31 il ərzində kənara nəsə atırdım. Bunu da bir il xərcləyim, sonra nə edəcəm? Gileylənən insanlara heç nə deyə bilmərəm. Ümid edirəm ki, bu mübarizə qələbə ilə nəticələnəcək və həmkarlarım toya qayıdacaq".

BAKU.WS
VİDEO