SİZİN REKLAM BURADA!
055 213 76 73


 
""Azad Azərbaycan" (ATV) televiziyasında yayımlanan "Gecə qonağı" filminə monitorinq qrupumuz tərəfindən baxılıb və yer alan müəyyən səhnələr qanun pozuntusu kimi qəbul edilməyib".

BAKU.WS-in məlumatına görə, bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir:
 
""Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orda müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil".

 
BAKU.WS