SİZİN REKLAM BURADA!
055 213 76 73


Vəkil Şəfiqə Nağıyeva ilə müğənni Manaf Ağayev arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramında məşhurları aztəminatlı ailələrə yardım etməməkdə günahlandıran Nağıyeva, Manaf Ağayevi misal gətirib:

"Altlarında ferrariləri var. Biri elə Manaf. Maşının qapılarını açıb göstərir, bağını göstərir. İndi çıx ortaya, xalq səni sevir, çıx ortaya".

Vəkilin sözü bitməmiş ifaçı canlı yayımla telefon bağlantısı yaradaraq ona cavab verib:

"Mən elə indi yardım paylayıram. Dünəndən 40 "karobka" yardım paylamışam. 20-sini dünən, 20-sin bu gün.

Şəfiqə xanım diqqətlə qulaq assın. Mən özümü tanıyan gündən xeyriyyəçiliklə məşğulam. Çünki mən atamın oğluyam. Atam xeyriyyəçi olub. Elə sizin dostunuz İlham Mirzəyev 2 il həbsxanada olanda onun ailəsinə baxan oğlanam. 2 il Fədayə Laçının ailəsini dolandıran oğlanam. Bunları təkbaşıma etmişəm. Üstəlik də, nəslimin hamısı qaçqındır, yataqxanada qalır, onları da mən saxlayıram.

Sadəcə çəkib göstərmirəm. Çəkib verirsən, deyirlər ki, "risovkalıq" edir, çəkmirsən deyirlər ki, etmir. İndi mən Şəfiqə xanıma görə məcburam bu gün çəkəm, səhər paylaşam".

M.Ağayev sözünü daha sərt kəlmələrlə bitirib:

"Mənim bağım, maşınım var, kimə nə dəxli var? Heç kimin dədəsinin pulu ilə almamışam. Kiminsə bağında şəkil çəkdirmirəm. Bilməyib danışmayın!"

   

Aysel
BAKU.WS
VİDEO