"Xalis subayam. 38 yaşım var, heç vaxt evlənməmişəm". Bu sözlər müğənni Sevda Yəhyayevanın nişanlı Zakir Bayramova məxsusdur.

BAKU.WS xəbər verir ki, Yəhyayeva Xəzər TV-nin "5/5" verilişində toyunun uzanmasından danışıb:
"Elə ərə getmək istəyirdim ki, dünya dağılmağa başladı (gülür). Toyu uzatmaq istəmirik. Onsuz karantin toyumuzu uzatdı".

Aparıcı Zaur Kamal ondan nişanlısına zəng vurmasını xahiş edib. Sənətçi böyük tərəddüdlə nişanlısına zəng edib və qarşı tərəf telefonu açar-açmaz canlı efirdə olduğunu bildirib.

Zaur telefonu Sevdanın əlindən alaraq Zakirə suallar ünvanlayıb. Onun cavabları belə olub:

"Xalis subayam. 38 yaşım var, heç vaxt evlənməmişəm. Atam Naxçıvandandır, anam Tatarıstandan. Yay fəslinə toy planlaşdırırıq. Evim var, Sevda xanım toydan sonra bizə köçəcək. Sevda xanıma bu sahədə inkişaf etməyi, daha böyük uğurlar qazanması üçün fikirlərimi bildirmişəm". 

Aysel
BAKU.WS
VİDEO