"Bilirsiniz, televiziyalar bizə elə şeylər göstərdi ki, elə oxuyanları, daha doğrusu, oxumaq istəyənləri gətirib başımızın üstünə çıxartdı ki, artıq şəxsən mən bu sənətə nifrət edirəm". Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva canlı efirdə səsləndirib.

BAKU.WS xəbər verir ki, sənətçi Xəzər TV-nin "Hər şey daxil" verilişində sənəti olmayanların efirlərdə görünməsinə etiraz edib:

"Onsuz da bu işlər belə gedəcək. Bu, qiyamətin əlamətləridir. Sizlik-mənlik deyil. Bu olmalıdır və olacaq. Mən özümü oxuyan hesab etmirəm. Bu sənətə ona görə nifrət edirəm ki, sən məni də bura çağırırsan, ümumiyyətlə, ağzını açıb oxuya bilməyənləri də. Xalq onları istəmir, siz xalqın adından istifadə etməyin. Hər şey sizin bildiyiniz-gördüyünüz kimi deyil! Papaq altında səsi olan elə qızlar, oğlanlar yatır ki, Allaha and olsun, bütün xalq, əməkdar artistlərini yeyər. Onların pulu yoxdur bura çıxsın". 

BAKU.WS
VİDEO