SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Rəqsanə İsmayılovanın ifasında məşhurlaşan "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısının müəllifi meyxanaçı Aqşin Fateh imiş.

BAKU.WS xəbər verir ki, meyxanaçı bu barədə ARB-nin "Səhər-səhər" proqramında danışıb. O deyib ki, sözügedən mahnını Rəqsanə ilə duet oxumaq istəsə də, qarşı tərəf buna razı olmayıb:

"İlk məşhurlaşan mahnım Rəqsanə İsmayılovanın repertuarındakı "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısıdır. O vaxtlar Rəqsanə xanımın bərk gedən vaxtları idi, mən də cavan uşaq idim. Mahnını tək oxumaq istədi, mən də dedim ki, tək oxumaq istəyirsənsə, pulunu ver. O da acığa mahnının altına mənim adımı yazmadı. Adım müəllif kimi yazılmasa da, mahnımın kütləvi şəkildə tanınmasına çox sevindim".

Aysel
BAKU.WS
VİDEO