Meyxanaçı Aqşin Fateh qadın pərəstişkarı tərəfindən şantaj olunub.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Şou ATV" proqramında danışıb.

Aqşinin sözlərinə görə, qadın hədiyyələr verərək, bahalı restoranlara dəvət edərək onun münasibət yaradıb. Bütün bunları bir pərəstişkar kimi etdiyini bildirdiyindən qadının bu hərəkəti meyxanaçıda şübhə yaratmayıb.

Bir müddət keçdikdən sonra qadın telefon danışıqlarını montaj edərək onu şantaj edərək 10 min manat pul tələb edib. Pulu verməyəcəyi təqdirdə həmin montaj olunmuş səs yazıları Aqşinin həyat yoldaşına göndərəcəyi ilə hədələyib.

Meyxanaçı haker dostunun köməyilə şantajçını ifşa etməyi bacarıb. Qadının email poçtunu və digər şəxsi məlumatlarını əldə etməyə nail olub və montaj olunan səsyazmaların və yazışmaların əslini ələ keçirib. Qadın bundan sonra ondan əl çəkib.

A.Fatehin sözlərinə görə, həmin qadın ondan başqa bir neçə məşhuru bahalı hədiyyələrlə ələ keçirib, isti münasibət yaradıb və sonra şantaj edib.

Aysel
BAKU.WS
VİDEO