SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu şəhərdə" teatrının Sumqayıtda planlaşdırılan konserti növbəti dəfə təxirə salınıb.
BAKU.WS xəbər verir ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdan ibarət teatr bu barədə sosial şəbəkədə açıqlama yayıb. Açıqlamada sözügedən şəhərin İcra Hakimiyyəti tərəfindən onların çıxışına icazə verilmədiyini bildirib:

"Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda icazə vermədilər".

Xatırladaq ki, "Bu şəhərdə"nin Sumqayıtda çıxışına ötən il də icazə verilməmişdi.

Aysel
BAKU.WS