Eks nazir gəlini Səfurə səhnəyə qayıdır - FOTO

Eks nazir gəlini Səfurə (Əliyeva) Əlizadə səhnəyə qayıdır.
BAKU.WS xəbər verir ki, bu barədə “INFE Azerbaijan” səhifəsi məlumat yayıb.
Bildirilir ki, Safura Uil Teylor və Maykl Ceyms Daun tərəfindən hazırlanan “High On Your Love” adlı yeni mahnı ilə səhnəyə dönüş edir.
Xatırladaq ki, Səfurə Əliyeva (Əlizadə) 2010-cu ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edib. 2013-cü ildə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevə ərə gedib. Ailə həyatı qurduqdan sonra soyadını dəyişib və səhnə ilə vidalaşıb. Fərhad və Səfurə Əliyevalar cütlüyünün İsgəndər və Natiq adında oğullları, Aişə adlı qızları var.

Oxşar xəbərlər
Nazir oğluna ərə gedən "Eurovision" təmsilçimizin AİLƏ FOTOSU
“Eurovision 2010” təmsilçimiz Safura Əliyeva ilk dəfə qızı Aişənin üzünü göstərib.BAKU.WS xəbər verir ki, o, ailəsi ilə çəkilmiş fotonu "İnstagram"da paylaşıb.Q...
