Azərbaycan müğənnilərinin 99 faizinin ondan qorxduğunu deyən Avropa prodüseri Sultan Mustafayev yenə sərt danışıb.

BAKU.WS
xəbər verir ki, prodüser Elçin Əlibəylinin "El bizim, sirr bizim" proqramında Azərbaycanda müğənnilərin iki qrupa ayrıldığını söyləyib:

"Azərbaycanda müğənnilər 2 qrupa ayrılır. Bir var sənət müğənniləri, bir də var əxlaqsız müğənnilər. Bax, o əxlaqsızlar yaxşı yaşayırlar. Çünki həmin bu əxlaqsızlar özlərinə həcilər, sponsorlar tapırlar.

Sənət olmadığı üçün efirdə zəngin həyat tərzlərini, alt paltarlarını, maşınlarını göstərirlər. Sənətə gələndə, sənət sıfır. Evdə divanda oturub televizordan ona baxan gənc də düşünür ki, bu özünə sevgili tapıb belə gözəl yaşayırsa, mən niyə tapmayım".

Xatırladaq ki, S.Mustafayev bundan əvvəl Azərbaycan şou-biznesinin 99 faizinin ondan qorxduğunu demişdi: "Çünki mən istədiyim zaman, istədiyim şeyləri ortaya çıxartsam, həmin müğənnilər məhv ola bilər. Buradan bütün Azərbaycan şou-biznesinə səslənirəm, göydə Allah, yerdə sənətdə də mənəm. Başqası yalandır. Qurtardı!"

Zülfiyyə Qurbanova BAKU.WS
VİDEO