SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın şou"da bu günün nəticəsi məlum olub. Səsverməyə çıxarılan Zümrüd Qasımova üçün 51 faiz tamaçaçı "getsin"ə səs verərək şoudan kənarlaşdırıb. 

***23:38

“Maşın”da hədəf olan Zümrüd Qasımova açıqlamaları ilə yadda qalıb.

BAKU.WS xəbər verir ki, o bildirib ki, nəticənin səsverməsindən sonra hər şey baş verə bilər: "Sonu gözləyək. Hər şey maraqlı olacaq".

***23:25

“Maşın”da hədəf olan Zümrüd Qasımova maraqlı açıqlamalar verib. 

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, şou başlayandan 6-7 dəfə hədəf olduğunu bildirib:  

“Son məqamda hədəf olacaqdım, amma Ayan Babakişiyeva əlini götürüb şoudan getdi. Ayan yəqin mənim nə qədər maşına ehtiyacımın olduğunu bilirdi. Burda “altılığ”a gəlib çatmaq isə çox çətin və qəliz məsələdir.  

Mən çox mübariz insanam. Şouda qalmağı çox istəyirəm. Ən azından “üçlüy”ə düşüb, finalda olmaq istəyirəm”.  

O, hələ də şoudakı hədəfini açıqlamayıb.  

Qapalı oyun aparan Zümrüd oyunda qalacağı təqdirdə ya özü şounu tərk etməli, ya da avtomobil ətrafında dayanan 5 iştirakçıdan birini oyundan kənarlaşdırmalıdır. 

***

“Maşın” şouda mübarizə davam edir. 

Aparıcı Murad Dadaşovun “Hədəfiniz kimdir?” sualına Zümrüd Qasımova belə cavab verib:  

“Şou başlayandan bəri iştirakçılara açıq oyun apardığımı söyləmişəm. Amma gördüm ki hamısı qapalı oyun aparır, hədəfinin kimliyini gizlədir. Mən də qapalı oyun aparmaq istəyirəm. Hələ ki, hədəfimin kim olduğunu açıqlamayacam”.  

Verilişdə avtomobil ətrafında duran iştirakçılara səslənən Zümrüd oyunçulardan ona dəstək çıxmamağı rica edib:  

“İstəmirəm ki, onlar öz tamaşaçılarına mənə səs göndərmək üçün səslənsinlər. SMS-lərini mənə görə xərcləməsinlər. Çünki səs toplamayıb şounu tərk edə bilərəm. Amma siz burada qalacaqsınız”. 

Onun oyundakı taleyinə tamaşaçılar qərar verəcək. 

***
MGP-nin ərsəyə gətirdiyi, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin on ikinci efir həyacanı start götürüb. 

ATV kanalında canlı yayıma çıxan şouda altı məşhur, yəni dörd xanım və iki bəy avtomobil uğrunda mübarizəni davam etdirir.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.  

Beləliklə, bu gecə aparıcı Zümrüd Qasımova və müğənni Ramal İsrafilovun şəkli iki dəfə qutuya atılıb. 

İkisindən birinin tribunaya çıxması üçün onlara gün ərzində canlı efir öncəsi gələn smslərin səs faizi açıqlanıb.  

Nəticədə, Zümrüdə gün ərzində səs gəlmədiyi üçün o, tribunaya çıxaraq, şouda qalmaq üçün tamaşaçılardan səs istəyib:  

“Həyatımın ən çətin günlərində tək mübarizə aparmışam. Əgər məni şouda görmək istəyirsizsə, mənə səs yollayın. Bu maşın mənə çox yaraşır və qalib olub avtomobili udmaq istəyirəm”.
BAKU.WS
QALEREYA