SİZİN REKLAM BURADA!
055 213 76 73


Üç gün əvvəl 6 aydır "Çox hörmətli bir insanla ailə qurmuşam" deyən Mətanət Əsədova dünən sevgilisinin olduğunu açıqlayıb.

BAKU.WS 
xəbər verir ki, ifaçı Zaur Kamalın Xəzər TV-də yayımlanan "Ay Zaur" verilişində artıq ailəli olduğunu deyən Əsədova, 2 gün sonra qonağı olduğu ARB-nin "Bir arzu var" proqramında söylədiklərilə ictimaiyyəti çaş-baş qoyub.

Aparıcının "Həyatında sevdiyin biri varmı" sualını cavablandırarkən həyat yoldaşının deyil, sevdiyi insanın olduğunu və həmin şəxsin hələ də onun qəlbini qazanmadığını bildirib:

"Sevirəm, özü də onu həddindən artıq çox. Mən bilmirəm o sevgi nə olacaq. Mətanəti qazanacaqmı, ya yox, bilmirəm. Amma mən onu iki gözüm qədər istəyirəm. Hələ Mətanəti qazanmayıb. Yavaş-yavaş qazanmaq istəyir. Onu ata bilmirəm, onun da mənə qarşı eşqi-sevgisi var, amma qəlbimi tam doldurmayıb.

Mən eşq dolu bir xanımam. Sevməsəm mümkün deyil. İstəyir dünyanın yiyəsi olsun, istəyir “bomj”. Mən "bomju" da sevərəm. Sevgi mənim üçün Allaha gedən yoldur. Onunla oynamaq olmaz".

Aysel
BAKU.WS
VİDEO