SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Mətanət Əsədova avtomobil qəzası keçirib.

BAKU.WS
xəbər verir ki, ifaçı bu barədə aparıcı Murad Əzimzadənin ATV-də yayımlanan "Bir axşam" verilişində danışıb. 

O, efirə gələrkən qəza keçirdiyini deyib. Daha doğrusu, Əsədova qəza ilə bağlı üstü örtülü danışıb, aparıcı isə onun icazəsilə bu barədə açıqlama verib.

Qəza nəticəsində avtomobilə ziyan dəysə də, müğənni xəsarət almayıb.

Qəribə də olsa, müğənni efirdən sonra, dünən gecə saatlarında "İnstagram" hesabında qəza xəbərinin yalan olduğunu yazıb:

"Əzizlərim, şükür, mən yaxşıyam. Narahat olmayın, salamatam. Şayiələrə inanmayın".

Aysel
BAKU.WS
VİDEO