Mətanət İsgəndərlinin qızı Ülkər ağır qəza keçirib - Maşın TIR-la toqquşub - VİDEO
03
iyn
2019
12:41
Əməkdar artist Mətanət İsgəndərlinin Türkiyədə ailə quran qızı Ülkər 1 ay öncə ağır avtomobil qəzası keçirib.BAKU.WS xəbər verir ki, xanım sənətçi bu barədə "Hər şey daxil" verilişində danışıb."Hamı bilirmiş. Atam, bacım, gəlinimiz, Kərim məndən gizlədiblər. Kərim hətta məndən gizlin gedib qurban kəsdirib. Qəza Antalyaya gedərkən baş verib. Böyük yük maşını, TIR olub, bunlar da 140-la gedirmiş. Gəlib Ülkər tərəfdən vurub. Üzündən xəsarətlər alıb. Gözünün üstü cırılıb, gəlib düşüb gözünün altına. Əməliyyat ediblər. Bir müddət xəstəxanada qalıb. Amma sürücüyə heç nə olmayıb. Sükan arxasında kürəkənimin dostunun xanımı olub. Sürücü maşın sürə-sürə "Redbull" açırmış.Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm "Ay Ülkər, mənimlə niyə görüntülü danışmırsan?" Cavab verirdi ki, telefonum xarab olub. Orucluğun başlanmasını gözlədim, toylar bitən kimi qızımın yanına uçdum. İnanın, Ülkərin qəza keçirdiyini mənə Bakıda desəydilər, ölərdim. Ya iflic olardım, ya da insult keçirərdim".Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Mətanətin qızı Ülkər anasını 8 mart günü ilə belə təbrik etdi (VİDEO)
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə anasına sürpriz edib.BAKU.WS-in məlumatına görə, Ülkər anasından gi...