VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-meyxanaçı Samirə Yusifqızı həyat yoldaşının məzarını ziyarət edib.

BAKU.WS
xəbər verir ki, ikinci dəfə ailə qurmaq barədə düşünən ifaçı uşaqlarının atasının yoxluğunun yaşatdığı çətinlikləri dillə 

"Çox çətindir. 6 yaş qızımda, 9 yaş oğlumda idi. Onlara atasızlıq hiss etdirməmişəm. Hər ikisinin atası-anası olmuşam. Həmişə deyirəm, arxayın yat, Fazil, balalarını ürəyin istəyən kimi böyütmüşəm. Hətta ondan da artıq.

Düz 22 ildir yoxdur, amma hər dəfə gələndə sakit dayana bilmirəm. Çünki onsuzluğu çox çəkmişəm. Əsl ata oldu. Ehtiyac nədir, bilməmişəm.   

Maddi çətinliyim olmadı,özüm kişi kimi işləyib qazanmışam, amma qızımı gəlin köçəndə qapıdan çıxardanda dedilər ki, ata xeyir-duası verilsin (Göz yaşlarına hakim ola bilmir). Düzdür, ana övladı dünyaya gətirir, çox əziyyətlə böyüdür, amma atasız uşaq boynu bükükdür".

S.Yusifqızı onu qınayanlardan da danışıb:

"Yeni ailə quracağım şəxs onun yerini heç vaxt verə bilməz. İnsanın birinci bəxtini heç nə əvəz edə bilməz. Özü də dəfələrlə yuxuma gəlib deyib ki, tək qalma. Ana mənim üçün daimi deyil. Uşaqlar da özləri üçün sağ olsun. İnsana həyan lazımdır. Çox qınayırlar, deyirlər ki, bu yaşında ərə getmək istəyir. Amma düz etmirlər. Mənim həyatımı yaşamadan heç kim məni anlaya bilməz".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO