SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən erməni dilində mahnı oxuyub.

BAKU.WS
xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yayılan videoda özü etiraf edib:

"Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur bir mahnı ifa et. O qədər içmişdim ki, harada olduğum tamamilə ağlımdan çıxmışdı. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən qalxıb, çıxıb getdilər". 

Sözügedən görüntülər sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçilərin, eləcə də tanınmış şəxslərinin etirazına səbəb olub. Müğənni Eldar Qasımov, aparıcı Nərgiz Cəlilova və Xalq artisti Flora Kərimova onun bu hərəkətini tənqid ediblər.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO