SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində yerləşən məşhur mağazalardan birində erməni mahnıları səsləndirilir.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış telejurnalist Elçin Əlibəyli sosial şəbəkədə məlumat yayıb.

Onun yazdığına görə, Maxi.az-ın 28 may küşəsində yerləşən mağazasında "Dle Yaman" mahnısı səsləndirilib:

"Maxi.az- 28 may küşəsində olan mağazasına daxil oldum və bütün mağaza boyu ermənilərin "Dle Yaman" mahnısının səsləndiyini eşitdim”.

Teleaparıcı bildirib ki, bu mahnı erməni əsilli məşhur fransız müğənni Şarl Aznavur öləndə Ermənistanın hər yerində səsləndirilib:

"Şarl Aznavur gəbərəndə də onun şərəfinə bu mahnı çalındı. Yəqin, Maxi.az ona yas tutur”.

Qeyd edək ki, sözügedən musiqi Türkiyədə qətlə yetirilən erməni jurnalist Qrant Dinkin vəfatından sonra məhşurlasmışdı. Ermənilər onunla bağlı reportajları bu mahnının sədaları altında təqdm edirdilər.

BAKU.WS