SİZİN REKLAM BURADA!
055 213 76 73



Daha bir bəstəkar mahnımız erməni müğənni tərəfindən oğurlanıb.

BAKU.WS xəbər verir ki, tanınmış aktyor Ruslan Sabirli "Facebook” profilində 1979-cu ildə rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Qayınana” filminin saundtrekinin erməni müğənni tərəfindən oğurlanaraq, rus dilində "Za kayfovıx armyan” adı ilə oxması haqqında xəbər verib.

R.Sabirli qeyd edib ki, mahnı hazırda Gürcüstan radiolarında səsləndirilir. Aktyor məsələ ilə bağlı kəskin irad bildirməyi də özünə borc bilib: "Azərbaycan hökuməti Gürcüstana bu qədər yardım etdiyi halda, radiolarında bu cür səslənmələri ciddi və yolverilməz səhv hesab edirəm”.
 
Qeyd edək ki, "Qayınana” filminin saundtrekinin sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə aiddir. "Mehriban ailəyik” adlı mahnını xalq artistləri Flora Kərimova, Akif İslamzadə və Yalçın Rzazadə ifa edib.
 
Aytən.H
BAKU.WS