SİZİN REKLAM BURADA!
055 213 76 73



11 illik fasilədən sonra efirlərə çıxan "N-brothers" qrupunun eks üzvü Cəmil Dadaşovun qayıdışı səs-küyə səbəb olub.

BAKU.WS
xəbər verir ki, onun ifa etdiyi mahnı yayın hitinə çevrilməklə yanaşı tənqidlərlə üzləşib.

Belə ki, yarı rus, yarı azərbaycan dilində oxuduğu "Po sənin sledam" mahnısının plagiat olduğu üzə çıxıb. Mahnı Türkmənistan estradasının ulduzu Kakadxan Rəcəbov adlı erməni əsilli müğənniyə məxsusdur. "Po tvoim sledam" adlı mahnını Kakadxan Rəcəbov özü erməni müğənni Saro Vardanyanla birlikdə duet oxuyub.

Erməni ifaçıların Azərbaycan musiqilərini öz adlarına çıxardığını nəzərə alsaq, Cəmil Dadaşovun bu addımını qınamaq düzgün olmazdı. 

Qeyd edək ki, Cəmil Dadaşov xalq artisti Brillian Dadaşovanın bacısı oğludur.


Zülfiyyə Qurbanova
BAKU.WS