VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Nadir Qafarzadənin ifa etdiyi "Maral" mahnısını erməni blogger ifa edib.

BAKU.WS-in məlumatına görə, ermənilər bu mahnının musiqinə sözlər yazaraq toylarda oxuyurlar. Bu barədə Nadir Qafarzadə Instagram hesabında video da paylaşıb. Müğənni qeyd edib ki, həyasız ermənilər yenə mahnıdan əl çəkməyib: 

"Utanmaz, utanmaz yazıb ki, erməni xalq mahnısı! Oğurluq bunların alnına və talehinə yazılıb".

Qeyd edək ki, N.Qafarzadənin 2013-ci ildə ifa etdiyi "Maral” adlı mahnı "Youtube” şəbəkəsində 6 milyondan çox baxış sayı yığıb.

Abbas
BAKU.WS