Müğənni Rəvan Hüseynovun keçmiş həyat yoldaşı Günay xanım onu və bərabər yaşadığı sevgilisi qadından polisə Xəzər rayon 2 saylı Polis Bölməsinə şikayət edib.

BAKU.WS
xəbər verir ki, Günay bu barədə “Hər şey daxil” verilişinə zəng edərək danışıb.

“Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Rəvanın şəxsi həyatına qarışmıram. Kiminlə istəyir yaşaya bilər. Azyaşlı qızımın yanında qeyri-etik hərəkətlər ediblər. Uşaq travma alıb. Onları polisə vermişəm”.

Verilişin aparıcısı Tarix Əliyev isə Rəvan Qarayevin sevgilisinin tanınmış müğənninin qızı olduğunu deyib:

“Həmin qız müğənninin qızıdır. Hansı ki, efirlərdə pulludur. O qadın müğənnidən qorxmuram. Başqasının övladının yanına kişiylə qucaqlaşıb, acıq vermə. Allah səni ona görə bu günə qoyub ki, evlənməmisən, onun-bunun məşuqəsisən. Yalandan mələk cildinə girmə. Arzuların çin olmayacaq”.

Aysel
BAKU.WS


VİDEO