5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı münasibətlərində gərginlik yaşanır. 

BAKU.WS "Qafqazinfo”ya istinadən məlumat verir ki, müğənni boşanmaq barədə vəkilinə müraciət edib. ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə tez-tez görüşə bilmədiyi üçün, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb. Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməyib.

Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib. Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.

Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.
 
BAKU.WS