SİZİN REKLAM BURADA!
055 213 76 73


"Oğlum mənə yox, atasına oxşayır. Ağlağan uşaq deyil, atası kimi sakitdir. Hətta sifət quruluşu da ona bənzəyir".

BAKU.WS
xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Söhbət var" verilişində deyib.

Yeni doğulan övladı Osmandan danışan sənətçi oğlunu xalasının saxladığını bildirib:

"Sifətdən 1 qram da mənə oxşamır. Adını atası ilə birgə qoyduq, amma əsas fikir məndən gəldi. Osman adını hədsiz bəyənirəm. Bu adı seçməkdə 2 əsas səbəbim var: birincisi, 3-cü xəlifə Osman ibn Əffan. Ən varlı və mərhəmətli xəlifə olub. İkincisi, Osmanlı imperiyasının əsasını qoyan Osman Qazi. Buna görə də bu adı seçdim”.

Aysel
BAKU.WS
VİDEO