SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəqqasə Oksana Rəsulova həyat yoldaşının ona bağışladığı hədiyyənin görüntüsünü yayıb. 

BAKU.WS-in məlumatına görə, sənətçi ürək formasında olan üzüyün videosunu "Instagram" hesabının "story" bölümündə yerləşdirib. 

Oksana paylaşımında "Dəyərli hədiyyəyə görə çox təşəkkürlər" sözlərini yazıb.

Qeyd edək ki, Oksana "ATV maqazin onlarla"da övladının atası ilə rəsmi yox, dini nikahda olduğunu deyib. Rəqqasə bildirib ki, onu sevməsə də, çox istəyir. Rəsulova "Zaurla Günaydın" verilişində həyat yoldaşının Türkiyədə işləyən azərbaycanlı iş adamı olduğunu söyləmişdi. 

BAKU.WS