SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səidə Sultan yenidən məşhurların efirlərdə şəxsi həyatlarının mənfi tərəflərini açıq-ağardılmasına etiraz edib.

BAKU.WS  xəbər verir ki, vaxtilə nənəsi tərəfindən ATV-nin "Bizimləsən" proqramında nənəsi tərəfindən biabır olan ifaçı eyni halı yaşayan
həmkarları Aysel Əlizadə və Sevda Yəhyayevaya dəstək nümayiş etdirib:

O, həmkarlarının "Səni axtarıram" proqramında xoş olmayan mövzularda çəkilməsinin şəxsi həyata müdaxilə kimi dəyərləndirib:

“Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaqarası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünə qəsd etmək dərəcəsinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik! Heç kəsin ixtiyarı yoxdur kiməsə bildi-bilmədi çıxıb, ağzına gələni desin! Bəlkə elə mənim qohumum və ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?

Bu, o deməkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələl gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Söhbət təkcə mügənnilərdən getmir. Bəzi “qurddanquşluq” eliyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!

Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz!”.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO