Müğənni Səidə Sultan ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaq olub. 

BAKU.WS-in məlumatına görə, ifaçı bu dəfə proqrama kiçik bacısı Sevda ilə qatılıb. 

S. Sultan bacısı haqda bunları deyib:

"Seva evin balacasıdır. Ən birinci nişanlananımız da Seva olub. Sonra Pəriş. Bir də mən qarımış. Hələ qalmışam".

Müğənni daha sonra bunları əlavə edib:

"Sevda 8-ci sinifdə öz sinif yoldaşı ilə bir-birini sevirdilər. Oğlan - Xaqani getdi əsgərliyə. Seva universiteti bitirdi. Seva dedi ki, adam birini görər, sevər və ərə gedər. Həyatda devizi elə tutdu Seva. 8-ci sinifdən sevdiyi sinif yoldaşı ilə ailə qurdu. Maşallah. İndi gül kimi balaları var".

Xatırladaq ki, Səidə Sultanın digər bacısı Pərvanə tanınmış aparıcı Nəsub Nurla ailə həyatı qurub. 

BAKU.WS