SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Səidə Sultan "5/5"-də verilişində qalmaqallı fikirlər səsləndirib.

BAKU.WS xəbər verir ki, Səidə aparıcı Zaur Kamalın şəxsi həyatı ilə bağlı ünvanladığı sualını cavablandırarkən emosiyalarını cilovlaya bilməyib.

Zaurun "Xoşuna gələn oğlan yoxdurmu indiyənə qədər? Varsa, evlən, çıxsın getsin də" deməsi Səidəni özündən çıxarıb:

"Ayıb olar, əlbəttə var. Mən də çox istəyirəm, amma... Bizim öz müğənnilərimiz var ki, çıxıb ağızlarına gələni danışırlar ki, ay müğənni qız almaram, ay müğənni qızla nə bilim neyləmərəm. Lazım deyil belə danışmaq. Biz birinci özümüz-özümüzə hörmət etməliyik. Mən o müğənnilərə deyirəm ki, bəs sizi niyə alıblar, yaxud da bəs sizə niyə ərə gəliblər? Bunun başqa cavabı varsa, kimsə desin ki, Səidə, düz demirsən.

Yerin də qulağı var. Kor-kor, gör-gör dünyasıdır. Mən özümü tanıyıram. Üzr istəyirəm, mən nə yaşamışamsa, özüm öz "şotuma" etmişəm. Ev yıxmağı mən özümə yaraşdırmaram, ayıb olar. "Mən müğənnilik edib, başqa yolla pul qazanmamışam. Məni heç kimlə səhv salmasınlar!

Mən özümə arxayınam. Məni istəyən, sevən oğlan da mənə arxayındır, mən nəyə qadirəm.

Minlərlə qız ərə gedir, iraq olsun, bu gün özüm şəxsən tanıyıram ki, əri, 2-3-4 uşağı ola-ola başqa ərini pis yerdə qoyur. Ona görə, lazım deyil belə söhbətlər etmək. Sən Zaura da deyirəm, etmə belə söhbətlər. Mən Səidə kimi özümə arxayınam və bilirəm ki, elə-belə oğlanın qızı olmayacam. Məni sevən belə sevirsə, mənim sənətim də qalacaq, ailəm də. Sonradan çıxıb oxumuram ki, gözümü açandan oxuyuram".

Aysel
BAKU.WS