VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi
, tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. 

BAKU.WS-in məlumatına görə, onun vəfatı sevənlərini, eləcə də sənət yoldaşlarını sarsıdıb. 

"Instagram" hesabında mərhumla arxiv görüntülərini paylaşan meyxanaçı, müğənni Namiq Qaraçuxurlu bunları yazıb: 

"İndicə aldığım məlumata görə meyxana sənəti bir sənətkarını da itirdi. Bayaqdan əl-ayağım əsir. Arzum var idi söz xiridarlar üçün yeni dəyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin. Kaş bu xəbər yalan olsun".

Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

BAKU.WS