Tünzalə Ağayevanın məşhur Xalq artıstləri ilə münasibətləri hələ də gərgin olaraq qalır.


BAKU.WS-in məlumatına görə, ATV-də yayımlanan “V element” tok şousunun qonağı olan Tünzalə Ağayeva aparıcı Hüsniyənin ənənəvi rubrikası zamanı “Aygün Kazımova, ya Faiq Ağayev” sualına “Heç biri” cavabını verib.



Bəzi həmkarları tərəfindən sevilməməsi məsələsinə toxunan Ağayeva “Özlərinə dedim ki, sizin mənə qarşı aqressiv narahatçılığınız bir daha mənim güclü olmağımı isbatlayır. Siz məni həzm edə bilmirsiniz” – deyərək, bunun bir kompleks olduğunu bildirib.



Qeyd edək ki, “V element” tok-şousu fərqli qonaqları və müzakirələri ilə hər bazar ertəsi saat 22:00-da ATV-də yayımlanır.

Hüseyn Məmmədsalahov
BAKU.WS