VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfovanın "Instagram"da açıqlaması yayılıb.  


BAKU.WS xəbər verir ki, T. Nəcəfova videoda sənətçilər tərəfindən ailəsi dağıdılan xanımlara səslənib: 

“Bəlkə də proqrama çıxmağımı düzgün anlayamayacaqsız, amma məcburam. Efirə çıxıb olanları etiraf edirəm. Müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə Aysel Əlizadə yoldaşımla birgə qızımı apardı, indi isə uşağımı görə bilmirəm.

Ailəmin dağılmağının səbəbkarı odur. Proqrama utanaraq çıxıram, istəməzdim belə olsun. Övladıma qovuşmaq üçün bu addımı atmışam. Mənim kimi müğənnilər tərəfindən yüzlərlə yuvası yıxılan qadın var. Onlara səslənirəm ki, utanmayın, ekranlara çıxıb olanları danışın”.  

Qeyd edək ki, Turanə "Səni axtarıram" verilişinə gələrək əri ilə Aysel Əlizadənin eşq yaşadığını idda edib. O, bildirib ki, ifaçının idarə etdiyi "Porsche" markalı avtomobili də ona əri alıb hədiyyə edib. Turanə iki qızı olduğunu, ərinin övladlarından birini götürüb, ona vermədiyini açıqlayıb.

BAKU.WS