Azərbaycanın Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin qızı, müğənni Sədaqət Quliyeva (Ulduz) nişanlanmaq xəbərindən danışıb.

BAKU.WS bildirir ki, sənətçi "ölkə.az"-a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, ailə quracağı şəxs Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır:

"Əvvəldən tanışlığımız olmayıb. O məni efirdən tanıyıb. Sonra ortaq tanışlar vasitəsilə ailə qurmaq istədiyini bildirib. Toyumuz mart ayında olacaq. Hazırda başqa işlərlə əlaqədar Moskvadayam".

Qeyd edək ki, Sədaqət Ulduz sosial şəbəkədə "Həyat sevdiklərinlə gözəldir" şərhini yazaraq üzüyünü fotosunu paylaşmışdı.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ