Azərbaycanlı model Günay Musayeva yenidən türk mediasının diqqət mərkəzinə düşüb. 


BAKU.WS
-in məlumatına görə, tanınmış model modelyer Yelda Aslanın "Rocky” filmindən ilhamlanaraq hazırladığı dəfilədə iştirak edib. Modellə birgə Sema Şimşek və Tuğçe Sarıkaya da "Rocky Girl” obrazını canlandırıb. Modellərin geyimləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Günay Musayeva podiuma gəlinlik paltarında çıxıb. Onun paltarı adi gəlinliklərdən fərqlənib. Paltar açıq-saçıqlığı ilə diqqət çəkib.

BAKU.WS