Murad Arifdən müğənnilərə XƏBƏRDARLIQ: "Ağlınızdan keçirtməyin..." (FOTO)

12
yan
2019
13:35
Bəstəkar-müğənni Murad Arif bəzi həmkarlarına xəbərdarlıq edib. BAKU.WS-in məlumatına görə, hitmeyker son günlər dəb halını alan "Mash-up" hazırlayanlara müraciət edib. M. Arif, "Facebook" hesabında status yazaraq, onlardan hazırladıqları remikslərə onun repertuarındakı mahnıları daxil etməmələrini istəyib:"Hörmətli sənət dostlarım, son zamanlar dəbə gəlmiş MASH UP (megamix və ya popuri) ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirtməyin. Anlayışla qarşılayacağınıza inanıram! Sonra "Niyə Youtube-da blok edildi?" soruşmayasınız".Qeyd edək ki, müğənnilər Sevil-Sevinc Səfərova bacıları ilə Dj Roşkanın, eləcə də müğənni Aysun İsmayılova ilə Sabonun hazırladıqları "Mash-up"lar "Youtube" videohostinqində yüksək baxış sayı toplayıb. BAKU.WS

Oxşar xəbərlər
Muradla Günelin Qobustandakı "Tufan"ı - VİDEO
Bəstəkar-müğənni Murad Arif Türkiyədə fəaliyyət göstərən həmkarı Günel Zeynalova ilə işbirliyi qurub. BAKU.WS xəbər verir ki, hər iki tanınmış sima bir araya gə...
