SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son bir neçə ay ərzində vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb.


Vergilər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, uçotda olanlar vergi borcunun bir hissəsini ləğv ediblər. Bununla yanaşı, şou-biznesdə çalışan və kifayət qədər gəlir əldə edənlərin bəziləri hələ də qanunla müəyyən edilmiş vergilərin ödənilməsinin vacibliyini sözdə qəbul etsələr də, işdə qanunun tələblərinə əməl etmək nümunəsi göstərmirlər. Onlarla keçirilən görüşlər zamanı vergilərin vaxtında və tam həcmdə ödənilməməsinin səbəbləri ilə bağlı gətirilən əsas arqumentlər aşağıdakılardır:


"Mənim vergi ödəməyə imkanım yoxdur”, "Mən vergiləri ödəsəm, onda gərək köməkçilərimə, birgə çalışdığım şəxslərə əmək haqqı verməyim”, "Mən sənət adamıyam, geyimimə çox pul xərcləməyə məcburam”, "Mən özümdən başqa ailə üzvlərimə, qohumlarıma da kömək etdiyim üçün vergiləri ödəyə bilmirəm”, "Mən vergiləri ödəsəm, gərək klip çəkdirməyim” və sair və ilaxır...


Bu kimi fikirlərə şərh vermək istəməsək də, qeyd etməliyik ki, belə şəxslərin keçirdiyi həyat tərzi onların söylədiklərinin tam əksini göstərir və bunu sübut etmək o qədər də çətin deyil. Təəssüf doğuran cəhətlərdən biri də odur ki, vətənə, dövlətə sədaqətlərindən ağız dolusu dəm vuran bu insanlar dövlətin vergisini bütün şəxsi istəklərini həyata keçirdikdən sonra, əgər vəsaiti qalarsa, ödəməyi düşünürlər.

 

Belələrinə xatırlatmaq istəyirik:


1) Vergi ödəmək hər kəsin Konstitusiya borcudur.


2) Vergi Məcəlləsinin 16.1.1. maddəsinə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur.
3) Vergi Məcəlləsinin 24.0.2. məddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir.


Göründüyü kimi, vergilərin düzgün hesablanması, vaxtında və tam ödənilməsi üçün yalnız və yalnız vergi ödəyiciləri məsuliyyət daşıyırlar.
Vergi orqanları isə buna nəzarət edirlər və bu, heç də o demək deyildir ki, hər intizamsız vergi ödəyicisinin başının üstündə bir vergi orqanı əməkdaşı dayanmalıdır. Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi nəzarəti təmin etməyə imkan verir və əgər bundan sonra da kimsə yenə əvvəlki kimi vergidən yayınmağa cəhd göstərəcəksə, belələrinə qarşı qanun tam gücü ilə tətbiq ediləcək. Bu bütün dünyada belədir və tanınmışlar isə dövlət qarşısında borclarının, o cümlədən vergi borclarının yerinə yetirilməsində başqalarına da nümunə göstərməlidirlər.
Qanun hamı üçün birdir! Bir neçə gün əvvəl KİV-lərdə yayılmış bir məlumat da bunu göstərir. Dünyanın ən məhşur opera müğənnilərindən biri olan ispaniyalı Monserrat Kabalyeyə vergi borcuna görə cərimə kəsildi və 82 yaşlı bu ahıl qadın 6 aylıq həbs cəzası aldı. Həm vergiləri, həm cərimələri ödəməyə məcbur edildi, həm də həbsə alındı. Çox istərdik ki, bizdə belə hallar olmasın.


Bu nömrəmizdə, vergi borclarını ödəməkdən yayınan bir qrup vergi ödəyicisi ilə tanış ola bilərsiniz. Bu siyahıya, hələlik, borclarının xeyli hissəsini ödəmiş vergi ödəyicilərinin adları daxil edilməyib. Əsasən, sadələşdirilmiş vergi ödəyiciləri olan şou-biznes nümayəndələri növbəti bəyannamələrini yanvar ayının ortasında təqdim etdikləri üçün, daha geniş siyahı Sizə gələn ayın axırlarında təqdim olunacaq və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.


Bunu istəməyənlər qarşıdakı bir ay ərzində bütün vergi borclarını ləğv etməlidirlər.

Şeron Qrupu MMC - BVD
Qasımov Ayaz Eyvaz oğlu - BVD
Hüseynov Zamiq Əsgər oğlu - BVD
İsmayılova Rəqsanə İsmayıl qızı - BVD
Nisanov Xəyyam Aleksandroviç - BVD
Bədəlov Emil Namiq oğlu - BVD
Cəlilov Yaşar Zahid oğlu - BVD
Süleyman Akif Süleyman oğlu - BVD
Axundov Rüfət Rafiq oğlu - BVD
Əliyev Ceyhun Abdul oğlu - BVD
Musayeva Sevinc Aydın qızı - BVD
Məmmədov Elvin Səyyad oğlu - BVD
Allahverdiyev Vüqar Zakir oğlu - BVD
Cavadov Yaqub İbad oğlu - BVD
Musayev İntiqam Bəhmən oğlu - BVD
Qasımov Natiq Yunus oğlu - BVD
Novruzlu Tural Sultan oğlu - BVD
Süleymanov Murad Süleyman oğlu - BVD
Bədəlov Namiq Əlihəsən oğlu - BVD
Əliyev Nizami Tofiq oğlu - BVD
Hüseynov Tural Məstan oğlu - BVD
Qafarov Azər Mirhüseyn oğlu - BVD
Rzayev Vasif Vaqif oğlu - BVD
Abdulov Sənan Salman oğlu - 2 saylı ƏVD
Rəcəbov Cavad Hənifə oğlu 6 saylı - ƏVİ
Salmanov Emin Salman oğlu 2 SAYLI - ƏVD
Zeynalov Samir Nadir oğlu 5 saylı - ƏVİ
Xalıqzadə Mehman Cahangir oğlu 2 saylı - ƏVD
Musayev Vüsal Sahib oğlu 11 saylı - ƏVD
Dadaşov Ramin Camal oğlu 4 saylı - ƏVİ
Fərzaliyev Malik Şakərəm oğlu 4 saylı - ƏVİ
Salmanov Elşad Bəhmən oğlu 2 saylı - ƏVD
Muxtarov Vaqif Fəqani oğlu 2 saylı - ƏVD
Nəcəfov Vasif Yusif oğlu 11 saylı - ƏVD
Dadaşov Nazim Camal oğlu 4 saylı - ƏVİ
Abbasov Şöhrət Duman oğlu 11 saylı - ƏVD
Əliyev Elnur Elşən oğlu 2 saylı - ƏVD
Cavadov Rasim Əliəsgər oğlu 2 saylı - ƏVD
Bağıyev Mehman Zahid oğlu 2 saylı - ƏVD
Abdullayev Rafiq Tağı oğlu 11 saylı - ƏVD
Əhmədov Fariz Əziz oğlu - 2 saylı ƏVD
(BVD – Bakı Vergilər Departamenti; ƏVİ – Ərazi Vergilər İdarəsi; ƏVD – Ərazi Vergilər Departamenti).

Ziya Babayev

BAKU.WS