SİZİN REKLAM BURADA!
055 213 76 73



Yayımlandığı gündən tamaşaçıların böyük marağına səbəb olan "Musiqili meydan"ın qalibi bu axşam bəlli olacaq.


BAKU.WS-in məlumatına görə, Azərbaycan teleməkanında ilk dəfə tanınmışların övladları və qohumlarının yarışdığı layihədə həftələr boyu ən çox səs toplayan iştirakçı birinci yerə layiq görüləcək.

İştirakçılar:

1. Mətin Rzazadə - xalq artisti Yalçın Rzazadənin oğlu
2. Əhməd Vidadioğlu - Vidadi Bərdəlinin oğlu, Aytac Vidadiqızının qardaşı
3 Elnur Quliyev - əməkdar artist Elxan Quliyev oğlu
4. Leyla Camal - Şairə Cığatelin qızı
5. Yaşar Murad - əməkdar artist Yadigar Muradovun oglu
6. Nigar Tofiq - xalq artisti Fatma Mahmudovanın qızı
7. Cəmil Dadaşov - xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu
8. Zümrüd Aydın - əməkdar artist Aygün Bəylərin bacısı
9. Babək Quluzadə - Aşıq Zülfiyyənin oğlu
10. Şahmalı Taciroğlu - Tacir Şahmaroğlunun oğlu
11. Rasimə Seyidcahan - əməkdar artist Elza Seyidcahanın bacısı
12. Elnur Elman oğlu - gitaraçı Elman Məmmədovun oğlu

Gərgin mübarizənin sonunda kimin qalib gələcəyini bilmək istəyirsinizsə, bu axşam saat 21:45-də Space TV-ni izləməyi unutmayın.

Qeyd edək ki, verilişin ideya müəllifi və layihə rəhbəri Anar Əliyev, prodüseri isə Sənan Sərdaroğludur.

BAKU.WS