SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan teleməkanında ilk dəfə tanınmışlar özləri deyil, onların övladları və qohumları yarışıblar.

BAKU.WS xəbər verir ki, dünən Space TV-də Kamran Həsənlinin təqdimatında “Musiqili Meydan” verilişinin ilk efiri oldu.

Məşhurların doğmaları yarışmaya sms səsverməsilə qoşulublar.

İlk efir televiziya tamaşaçılarının böyük marağına səbəb olub. Xüsusilə də, əməkdar artist Aygün Bəylərin qəfildən efirə təşrif buyurub bacısı ilə duet oxuması böyük marağa səbəb olub. 

Qeyd edək ki, "Musiqili Meydan" yarışması həftənin çərşənbə axşamı və cümə günü axşam saat 21.45-dən saat 00.00-dək efirdə yayımlanacaq. 

Verilişin ideya müəllifi və layihə rəhbəri Anar Əliyev, prodüseri Sənan Sərdaroğludur.

İştirakçıların siyahısını təqdim edirik:

1. Mətin Rzazadə - xalq artisti Yalçın Rzazadənin oğlu
2. Əhməd Vidadioğlu - Vidadi Bərdəlinin oğlu, Aytac Vidadiqızının qardaşı
3 Elnur Quliyev - əməkdar artist Elxan Quliyev oğlu
4. Leyla Camal - Şairə Cığatelin qızı
5. Yaşar Murad - əməkdar artist Yadigar Muradovun oglu
6. Nigar Tofiq - xalq artisti Fatma Mahmudovanın qızı
7. Cəmil Dadaşov - xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu
8. Zümrüd Aydın - əməkdar artist Aygün Bəylərin bacısı
9. Babək Quluzadə - Aşıq Zülfiyyənin oğlu
10. Şahmalı Taciroğlu - Tacir Şahmaroğlunun oğlu
11. Rasimə Seyidcahan - əməkdar artist Elza Seyidcahanın bacısı
12. Elnur Rəhman oğlu - gitaraçı Rəhman Məmmədovun oğlu

Zülfiyyə Qurbanova
BAKU.WS