SİZİN REKLAM BURADA!
055 213 76 73



"Oxuyanları təhlil etmək aciz görünmürmü, dostlar? Milli musiqinin belini fərdlər yox, qurumlar, idarələr və bunlara rəhbərlik edən "əmilər" qıra bilər. Fərdləri tənqid etmək, küləyə qarşı tüpürməkdən başqa bir şey deyil. Əmilər və idarələr barədə açıq ittihamlar, çıxışlar daha effektivdir".

BAKU.WS
xəbər verir ki, bəstəkar-müğənni Murad Arif ara mahnıları ifa edən müğənnilərin mediada müzakirə olunmasını

pisləyib.


O,  vəziyyətin bu həddə çatmasında elə medianın özünü günahlandırıb:


"Damladır da, özüyçün oxuyur, özünü bacardığı kimi, öz tərzində ifadə edir. 70-80-ci illərdə də onlar vardı, indi Xalq, Əməkdar artistləridirlər. Nəğmələri də ən mötəbər salonlardan eşidilir. Media akademik musiqi, qərb yönümlü aranjiman, savadlı ifanı təlqin etməlidir. Bunu anlayacaq beyinləri isə təhsil sistemi yetişdirməlidir.


Xalqın qızına, oğluna söz vurmaq nə dərəcədə problemi həll edər, dostlar? Mən nə Üzeyirin, nə Talıbın dinləyicisi deyiləm. Amma, bu adamları kütlə sevirsə, müğənnidə qəbahət ola bilməz! Cəmiyyətin zövq probleminə sənətçi cavabdeh deyil! Cəmiyyəti yetişdirmək, maarifləndirmək, savadlandırmaq, zövqləndirmək iri miqyaslı bir proqramdır. Buna cavabdeh olanları müzakirə edin.


Bu gün populyar media, prime-time verilişləri hər janra nə dərəcədə balanslaşdırılmış efir vaxtı verir? Müxtəlif təbəqənin zövqünə xitab edən müğənnilər, kütləvilərlə bərabər efir vaxtını, medianın diqqətini qazanırmı? Ən nəhayət, medianı, televiziyaları reytinqdən azad etmək şansı nə qədər realdır?


Problemin kökü budur. Nəzarət lazımdır! Keyfiyyət üçün efir vaxtı lazımdır. Balansı qorumaq lazımdır. Yaxşını da, pisi də eyni miqdarda təqdim etmək lazımdır. Bu böyük işdir və cavabdeh olanlar isə bu işin başını buraxıb. Bunu müzakirə etmək lazımdır.


Xadiməsinə maaş verə bilməyən kanal az qala zövq pornosu göstərir ki, hansısa tumlar, şirələr kanala sponsor kimi gəlsin. Biri bunu ya bağlasın, ya da keyfiyyət xatirinə maddi dəstək olsun. Söhbət budur!


Bunu təmin edin və imkan verin ki, kim nə istəyir, necə istəyir oxusun. Pərviz Bülbüləni xoşlamırsan, kanalı çevir. Amma, hər kanalda Bülbüləni göstərirlərsə, bu Pərvizin problemi deyil. Medianın problemidir".


BAKU.WS