SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan repində birinci dalğa var idi. Kim bilmirsə, qoy bilsin, Anar Nağılbaz, Hüseyn Dərya, Elşad Xose və "Dəyirman" qrupu var idi. Bu dördlük o vaxtı bunu etdi, Azərbaycan repinin təməlini qoydu".

BAKU.WS xəbər verir ki, bu sözləri reper Ramil Nabran deyib.

O, ATV-nin "10-dan sonra" verilişində Azərbaycan repinin təməlini qoyanlardan danışıb:

İndi kimlərsə deyəcək ki, bəs Azərbaycan repinin təməlini mərhum jurnalist Çingiz Mustafayev qoyub. Allah ona da rəhmət etsin, Çingiz Mustafayev sovet dövrü bitəndə sadəcə repə oxşar bir-iki musiqi parçası yazıb. Amma davamını etməyib. O, daha çox dicceylik edib. Adlarını sadaladığım reperlər isə birinci pilləkəndə dayanmışdılar. Biz onları eşitdik. Baxmayaraq ki, mən Elşaddan 1-2 yaş böyüyəm, mən onların replərini dinləyirdim, onların öz araalarındakı münaqişələrini görürdük. Bu, bizim üçün Azərbaycan repinin birinci səhifəsi idi".

Zülfiyyə Qurbanova
BAKU.WS