SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz son mənzilə yola salınıb.

BAKU.WS-in məlumatına görə, dəfndə reper Nadir Nəğd Pul da iştirak edib.

Saytımıza özəl açıqlama verən reper vurğulayıb ki, Anar Nağılbazla görüşməli idi:

“Anarın özü ilə danışmışdım, ciyərində problem var idi. Əslində, Anar Nağılbazla görüşəcəkdim, amma qismət olmadı. Problemlərini həll edib, yenidən sənətinə davam edəcəkdi. Anar yeni addımlayan hər bir gəncə dəstək olurdu. Onun hər kəlməsində, cümləsində böyük bir örnək, həqiqət var idi. Məncə, Azərbaycan repində hər hansısa bir insan nə vaxtsa bu sahədə böyük uğura imza atsa belə, o, heç vaxt Anar Nağılbazın sənətini dana bilməz. Anar Nağılbaz, sözün əsl mənasında, ilk olub. O, bu sənəti sevdirib, yaşadıb. İçdən çürüyən cəmiyyət, onu qınayan cəmiyyət indi ona rəhmət diləyir. Ən qorxulusu da budur, qalan hər şey boş şeydir. Ona görə də bir az özümüzə gün ağlayaq”.

Qeyd edək ki, reper Anar Cəbiyev (Anar Nağılbaz) 2018-ci il avqustun 4-ü ağır qanaxmadan sonra vəfat edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS