VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, azərbaycanlı reper Anar Nağılbaz vəfat edib. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə hər kəs A. Nağılbazın ölüm xəbərini paylaşaraq, "Azərbaycan repinin atası öldü" sözlərini yazıb. 

Vaxtı ikən reper Hüseyn Dərya ilə Anar Nağılbazın bir-biri ilə rəqabət aparması da heç kimə sirr deyil. 

BAKU.WS mərhum reper Hüseyn Dəryanın Azərbaycan repinin yaradıcısının kim olduğu haqda söylədiyi fikirləri üzə çıxarıb. 

Bir neçə il əvvəl hazırda fəaliyyət göstərməyən ANS telekanalında yayımlanan "Yeriniz məlum" verilişinin qonağı olan H. Dərya çıxışında "Azərbaycan repinin atası Çingiz Musatafayevdir" demişdi. 

Görünür, elə bu sözlər hər iki mərhum reperin arasında gərginliyi daha da artırmışdı. 

Hüseyn Məmmədsalahov
BAKU.WS