SİZİN REKLAM BURADA!
055 213 76 73



Uzun müddətdir efirlərdə görünməyən reper Elşad Xoşe ATV-nin "10-dan sonra" verilişinin qonağı olub.

BAKU.WS
xəbər verir ki, o, verilişə gələrkən aparıcı Əkbər Əlizadənin qarşısına şərt qoyub ki, mahnı oxumayacaq.

Elşad Xose bu addımını belə əsaslandırıb: "Köhnə replərini ifa etmək istəmirəm, yeni yazdıqlarım isə hələ tam hazır deyil. Həm də, bu günkü veriliş meyxana və rep sənətinə həsr olunduğundan daha çox bu mövzuda danışmaq istəyirəm".

Aparıcı onun bu qərarına hörmətlə yanaşdığını deyib və dəvəti qəbul edib verilişə gəldiyi üçün təşəkkür edib.

Zülfiyyə Qurbanova
BAKU.WS