SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasındakı qalmaqal durmadan davam edir.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, aparıcı müğənnini məhkəməyə verəcəyini dedikdən sonra, indi də onun arxiv fotosunu paylaşıb. Sərxan şəkli İnstaqram hesabının hekayə hissəsinə yerləşdirərək bu sözləri yazıb:

"Allaha and için ki, heç bir estetik etdirməmişəm. Şəhidin, anasının, onu yayan adamın adı hanı?".

Qeyd edək ki, ikili arasında dava Mətanətin içki məclisindəki videosunu Sərxanın tənqid etməsindən sonra başlayıb. Sərxan videonu Əsədovanın özünün qəsdən yaydığını deyib. Mətanət isə videonu yayan şəxsin ailəsində şəhid olduğunu, anasının ona bağışlanmaq üçün yalvardığını bildirib.

BAKU.WS