Sərxan: Mən Mətanətin özünü üzr istətdirəcəm - VİDEO

Sərxan: Mən Mətanətin özünü üzr istətdirəcəm - VİDEO
Video
Şou-biznes 9400
Aktyor-aparıcı Sərxan Kərəmoğlu müğənni Mətanət Əsədovanı bu gün "Hər şey daxil" verilişində səsləndirdiyi təhqirlərə görə məhkəməyə verir.BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu "Xoş gəldin" verilişində şərəf və ləyaqətinin alçaldığı üçün məhkəməyə müraciət edəcəyini bildirib: "Mən yalnız iki adama görə analiz verərəm. Bu da mənim oğlanlarımdır. Ay Mətanət, mənim iki böyük oğlum var. Heç olmazsa, Allah sənə də övlad nəsib etsin. Mənim kişiliyimin sübutu oğlanlarımdır. Amma səni bağışlamayacam. Səni məhkəmələrdə süründürməsəm, mənim adım Sərxan deyil. Artıq vəkilimlə danışmışam. Mən sənin özünü üzr istətdirəcəm. Mənə də Sərxan deyərlər!". Xatırladaq ki, Mətanət Əsədova Tolikin "Hər şey daxil" verilişində Sərxanın "Azərbaycan qadını adına ləkəsən" sözlərinə belə cavab verib: "Burdan sənə deyirəm. Kişi adına xələl gətirən. Mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadını adına ləkə gətirmişəm. Gəl çıx çölə. Səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, amma sən kişi kimi sübut edə bilməyəcəksən özünü".Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər