SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Nika Babayevadan xəbər var. 

BAKU.WS xəbər verir ki, "İmtahan" serialında Qızqayıt müəllim obrazını canlandıran aktrisa Nika Babayeva serialla yollarını ayrıb.

Saytımıza özəl açıqlama verən N. Babayeva gedişinin səbəbini açıqlayıb:

"İmzaladığım müqavilənin müddəti və serialdakı hekayəm bitdi. Hazırda "O gecə" serialına çəkilirəm. Budəfəki obrazım mənfiyə daha yaxındır, Qızqayıtla yerlə-göy qədər fərqi var. Hələ ki, ətraflı məlumat verə bilmərəm, çünki serial yayımlanmayıb".

Aktrisa yeni serialın məşq prosesi zamanı çəkilən videonu da saytımızla bölüşüb. 

Hüseyn Məmmədsalahov
BAKU.WS