SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının apardığı reydlər zamanı sərxoş halda saxlanılan prodüser Təranə Səmədova danışıb. 

BAKU.WS məlumat verir ki, ANS telekanalında yayımlanan "Deməsək olmaz" verilişinə qonaq olan xanım prodüser, sərxoş olduğunu etiraf edib:  
 
"İlk növbədə etiraf edəcəm, bəli, spirtli içki qəbul etmişdim və "Ayıq sürücü" xidməti çağırmalıydım. Ona görə də baş verənlərin hamısına görə, bir tək günahı özümdə görürəm. Özü yıxılan, ağlamaz. Belə aqressiv münasibətin o həddə gəlib çatmağı da öz günahımdır. Saxlanılan zaman özümdə qəribə aqressiya yarandı. Görünür ki, bu da spirtli içkinin təsirindən imiş. Bu aqressiya əlbəttə ki, polislərə qarşı deyildi. İnsan öz səhvini dərk eləyəndə, başlayır belə aqressiyalı olmağa, emosional davranmağa. Normalda belə məsələlər bu qədər səs küyə səbəb olmur. Tanınmış olduğuma görə, bu məsələ respublika səviyyəsində, sosial şəbəkələrdə, mediada bu qədər müzakirə olundu. Düzdü məndən öncə də bir qadın bu cür saxlanılmışdı. Amma o hadisə bu qədər rezonans doğurmadı. Qaydanı pozmuşam, cəzasın da özüm çəkmişəm və çəkirəm də. Çox sağ olsun polis əməkdaşları xanım olduğum üçün qanun çərçivəsində hörmət etdilər, bunu itirə bilmərəm. Mən hazırda həbsdə də ola bilərdim, sürücülük hüququndan da mərhum edilərdim. Amma şükür məsələ  məhkəmə yolu ilə həll olundu. Məhkəmə səviyyəsində yüksək məbləğdə cərimə ödədim. Avtomobilim də artıq cərimə meydançasından buraxılıb".

Xatırladaq ki, Təranə Səmədova Nəsimi rayonu ərazisində Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı sərxoş halda saxlanılmışdı. Saxlanılan zaman prodüsserlə polis əməkdaşları arasında qalmaqal yaşanmışdı.
 
BAKU.WS