Təranə Qumral ilə Nazənin arasındakı konflikt yeni mərhələyə qədəm qoyur.

Ölkə.Az xəbər verir ki, Nazəninin dünən Təranə Qumral haqda verdiyi açıqlamada ikinci tərəfin onu ölümlə hədələdiyini dedi. Daha sonra müğənni Nazənin Təranə Qumralın onu nömrəsiz maşınlarla təqib etdirdiyini, tanımadığı nömrələrdən zənglərlə qorxutduğunu bildirib. Təranə Qumralın saytımıza verdiyi açıqlamada isə bunları konkret olaraq şər-böhtan adlandırıb:

"Bu cür yazıları yazdırmaqla məni xalqa cani kimi təqdim etdirmək istəyirlər. Onlar bunu məqsədli şəkildə edirlər. Onların vəkili həm də media ilə işləyir və onlara bu cür xəbərlər ötürür. Onların məqsədi mənim məhkəmədə olan işimi bir az da ağırlaşdırmaqdır. Çünki qarşı tərəf həmişə pulunun çoxluğunu deyərək, yüksək təbəqələrdə olan adamlarının adlarını vurğulayaraq məni qorxutmaq istəyirlər. Onlar dəfələrlə pul basıb məni həbs etdirəcəkləri ilə bağlı hədə-qorxu gəlib. Bizim dövlətimiz çox humanistdir. Bundan qəzəblənərək mənə digər yollarla basqı edirlər.

Nazənin deyir ki, məni nömrəsiz maşınlar izləyir. Axı bu absurd fikrdir. Bir işıqfordan digərinə nömrəsiz avtomobillə hərəkət etmək qeyri-mümkündür. Çünki hər yerdə kamera var. Əgər belə bir şey varsa, şikayət etsinlər. Qanun qarşısında da həmin adamlar cavab versin. Bəlkə var elə adamlar. Nazəninin başqa düşmənləri ola bilər, amma məndən şübhələnə bilər. Bu cür qanunların olduğu ölkədə bu dedikləri şeylər boşdur. Bu sözləri ilə qanunların olmadığını bildirirlər. Bilmirəm bunlar nə demək istəyir. Kiminsə arxası ilə maşın salmaq, zəng elətdirmək mənlik deyil. Onların əlindən belə şeylər çox gözəl gəlir".

BAKU.WS