SİZİN REKLAM BURADA!
055 213 76 73



Teleməkanın ən maraqlı layihəsi olan "Fortuna" bu həftə də öz maraqlı qonaqları ilə tamaşaçılarının görüşünə gələcək.

Verilişin bu dəfəki qonaqları son vaxtlar bir-birindən gözəl mahnıların bəstəkarı və ifaçısı Elnar Xəlilov və məşhur rep ifaçısı Qurd oldu.

Həyəcan dolu anlarla keçən iştirakçı axtarışı necə nəticələndi? Hansı məşhur daha cəld hərəkət edərək iştirakçı tapa bildi? Bu dəfə xaricdə 3 günlük istirahəti hansı məşhurun komandası qazandı?

Bütün bunlardan xəbər tutmaq istəyirsinizsə, cümə günü saat 23:00-da Lider TV-də "Fortuna"nıi izləməyi unutmayın.

BAKU.WS