SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu dəfə sosial şəbəkədə təhqirə məruz qalmış tanınmış aparıcı Vüsalə Əlizadə məsələni hüquq müstəvisində həll etməyə qərar verib.

BAKU.WS xəbər verir ki, aparıcı 1991.05.02 təvəllüdlü Vüsal Rəsulov Nizami oglu tərəfindən ictimai şəkildə təhqir olunduğunu əsas gətirərək, həmin şəxsin cəzalandırılmasını tələb edir.

Vüsalə "İntagram" səhifəsində həmin şəxsə belə ismarış ünvanlayıb: "Şəxsi həyata müdaxilə, təhqir və izləyicilərimə qarşı tərbiyəsiz təhqirlər, şəxsiyyətimə,şərəfimə, mənə dəyər verən insanlara, ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib, burada şəklini paylaşardım. Amma çox şükürlər olsun ki, buna ehtiyac qalmır, hər səviyyəsizə görə dəyməz. Bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var. Sənə xəbərdarlıq olundu ki, ay murdar, ağıllı ol. Olmadın, canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər. Sənin kimilərə qızıl vaxtımızı sərf edəcək qədər bekar deyilik. Dövlətimin daşdan keçən qanunları var, bu gecə evində isti yorğan-döşəyində doyunca yat, çünki sabah çox yorulacaqsan, yatmağa da yerin olmayacaq. Mənim şəxsi həyatım və uşağımın atası səni maraqlandırır? Sabah bütün tərcümeyi halımı oxutduracaqlar sənə. Bu və bunun kimi özünü kişi hesab edib, əslində qadına belə yaraşmayan qeybətlə məşğul olan hər kəsə dərs olsun".

Aparıcı paylaşımının sonunda problemin həllində ona kömək olan naməlum şəxsə təşəkkür də edib: "Hər zaman peşəkar komandası ilə yanımda olan gizli qoruyucu mələyimə təşəkkürlər".

Məşhurların bəzi sosial şəbəkələr istifadəçiləri tərəfindən təhqir edilməsinin çox şahidi oluruq. Artıq təngə gələn tanınmışlar məsələni hüquq-mühafizə orqanlarının köməkliyi ilə həll etməyə start veriblər. Müğənni Kərim Abasovun iki şəxsi polis bölməsinə gətizdirərək üzr istədməsi və həmin görüntüləri yayması digər məşhurları da hərəkətə gətirib. Kərimin yaydığı videodan sonra müğənni Nura Suri bir müddət əvvəl onu təhqir edən şəxsin polis bölməsində üzr istədiyini əks etdirən videosunu paylaşdı. 

Zülfiyyə Qurbanova
BAKU.WS