VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Mart mənim üçün çox özəldir. Həyatımda çevriliş olan bir gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşam üçün ikinci şans verdi”.

BAKU.WS-in məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazıb. 

Aparıcı bildirib ki, anasının böyrəyi ilə yaşayır:

"Deməli, belə məsləhət imiş, indiki uğurlarımı yaşadacaqmış, Rəbbim dünyanın ən gözəl hədiyyəsi- Diləyi verəcəkmiş, insanların sevgisini qazandıracaqmış. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım. Bu özəlliyimə görə çox şanslı bəndəyəm. 

Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama, ailəmə, əzizlərimə borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək”.

Arzu Mirzəyeva
BAKU.WS